Rəsmi Berlindən Navalnının ölümünə realsiya

Dünya

19.02.2024 - 17:43

cedabet dərman SEO Xidməti

Rusiya səfiri Almaniya XİN-ə çağrılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Almaniya XİN-dən məlumat verilib.

“Xarici işlər naziri Annalena Berbok Brüsseldəki görüş başlamazdan əvvəl Aleksey Navalnının ölümünü bir daha şərh edib. Federal hökumət, XİN bu gün Rusiya səfirini çağırıb”, - Almaniya XİN-in açıqlamasında qeyd olunub.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirmişdi ki, London Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni fərdi Böyük Britaniya sanksiyalarının tətbiqi imkanlarını nəzərdən keçirəcək.

Qeyd edək ki, fevralın 17-də Rusiya müxalifətinin lideri Aleksey Navalnı islah koloniyasında ölüb. Onun ölümünə səbəb kimi ürəktutması göstərilir. Müxalifətçinin tərəfdarları isə Navalnının Rusiya hakimiyyəti tərəfindən qəsdlə öldürüldüyünü iddia edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş