Rəsmi Bakı: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”

Xəbərlər

20.05.2024 - 17:28

cedabet dərman SEO Xidməti

Ayxan Hacızadə: “Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir”

“Azərbaycan Tayvanın müstəqilliyini tanımır”. AYNA xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında deyib.

“Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır”, – XİN sözçüsü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş