Rəsmi Ankara Haniyənin Tehranda qətlini pisləyib

Dünya

31.07.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Bu İsrailin sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir”

HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail hökumətinin regionda sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Bildirilib ki, sözü gedən sui-qəsd hadisəsi Qəzzadakı müharibənin miqyasını genişləndirərək, regional hərbi qarşıdurmaya çevirmək məqsədi daşıyır.

Türkiyə XİN eyni zamanda beynəlxalq ictimaiyyəti İsrailin buna istiqamətlənən fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qətlə yetirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş