Rəşad Nəbiyev Türkiyəyə gedib

Xəbərlər

17.02.2021 - 19:52

Həkimlər Klinikalar SEO Xidməti

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri qardaş ölkədə bir sıra görüşlər keçirib

 

Türkiyədə səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bir sıra görüşlər keçirib. AYNA-nın xəbərinə görə, bu barədə nazir özünün sosial şəbəkə hesabında paylaşımlar edib.

 

R.Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşündən məmnunluğunu ifadə edib.

 

“Görüşdə tranzit və nəqliyyat, kiber təhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”, - deyə R.Nəbiyev bildirib.

 

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə isə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəlinib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş