Dövlət Komitəsinin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 23-də Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, görüş saat 11:00-da Masallı rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (025) 215 51 59, (051) 915 21 10, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.