“Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün istefa ərizəsi yazıb.
AYNA xəbər verir ki, bu barədə R.Bayramlı "Twitter" səhifəsində paylaşım edib.
TƏBİB rəhbəri paylaşımda bildirir:
"Hörmətli dostlar!
Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”.