Quttereş Türkiyəyə təşəkkür edib

Dünya

03.11.2022 - 03:19

Həkimlər Klinikalar SEO Xidməti

Çavuşoğlu ölkəsinin atdığı təşəbbüslər barədə məlumat verib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, danışıq zamanı "Taxıl dəhlizi" ilə bağlı son hadisələr müzakirə olunub.

Nazir Çavuşoğlu Quterreşə Prezident Ərdoğanın vasitəçiliyi ilə taxıl sazişinin yenidən fəaliyyətinin bərpa olunması üçün ölkəsinin atdığı təşəbbüslər barədə məlumat verib.

Baş katib Quterreş öz növbəsində Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür edib və nəticədən çox məmnun olduğunu bildirib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş