Qusarda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

09.01.2024 - 11:48

Ümumilikdə zərərçəkmişlərə 4 min 136 manatdan çox zərər vurulub

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaranqışlaq kənd sakini Emin Vəlixanov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib.

O, ümumilikdə zərərçəkmişlərə 4 136 manatdan çox zərər vurub.

Faktlarla bağlı Qusar RPŞ-də Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş