Qusarda mikroavtobus aşıb

Hadisə

04.02.2026 - 21:34

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb.

Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş