Qusarda evdə yanğın: bir nəfər xəsarət alıb

Hadisə

28.01.2022 - 14:46

Hadisə nəticəsində evin ikinci mərtəbəsi yanıb

Qusar rayonunun Girik kəndində ümumi sahəsi 286 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə nəticəsində evin ikinci mərtəbəsi yanıb. 

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş