Qusar sakini odlu silahla qətlə yetirilib

Xəbərlər

19.08.2024 - 23:32

cedabet dərman SEO Xidməti

Qusar rayon sakini qətlə yetirilib. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş