Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəliləyib

İdman

13.07.2023 - 01:16

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb. AYNA xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.

Müəllif: Ayna.az