Azərbaycanda futbol klubunun prezidenti istefa verib

İdman

09.07.2019 - 16:05

Klub ona göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib

 

Natiq İsmayılov "Zirə" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib. AYNA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Klub N.İsmayılova göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, N.İsmayılov klubda 2015-ci ildən çalışırdı.

Müəllif: Ayna.az