Bu klubun 25 futbolçusu COVID-19-a yoluxub

İdman

29.06.2020 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

Əsas heyətdən 10, gənclərdən ibarət komandadan 15 oyunçunun test cavabı müsbət çıxıb

 

Qazaxıstanın “Kaysar” futbol klubunun oyunçuları koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyko Mladenov məlumat verib.

 

Məşqçi qeyd edib ki, klubun əsas heyətindən 10, gənclərdən ibarət komandasının isə 15 oyunçusunun COVID-19 testinin cavabı müsbət çıxıb. Mladenov məşqçilər heyətinin test cavablarının mənfi çıxdığını da söyləyib.

 

Qeyd edək ki, iyulun 1-də Qazaxıstan Premyer Liqası çərçivəsində "Kaysar" "Taraz"la qarşılaşmalıdır. Mladenov bildirib ki, oyunun taleyi hələ ki bəlli deyil. 

Müəllif: Ayna.az