Güləşçilərimiz Avropa çempionatında dörd medal qazanıblar

İdman

04.07.2021 - 23:14

Bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız komanda hesabında 99 xalla 4-cü yeri tutub

 

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb. Güləş Federasiyasından AYNA-ya verilən məlumata görə, qitə birinciliyinin son günündə yunan-Roma güləşçilərimiz üç medal qazanıb.

 

Həsrət Cəfərov (67 kq) finalda Türkiyə güləşçisinə 9:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Güləşçimiz finaladək Macarıstan, Bolqarıstan və Gürcüstan təmsilçilərini məğlub edib.

 

Millinin iki üzvü isə üçüncü yeri tutub. Nihat Məmmədli (60 kq) son görüşdə Belarus, Xasay Həsənli (72 kq) isə Xorvatiya güləşçisinə qalib gəlib.

 

Xatırladaq ki, ötən gün Qurban Qurbanov (63 kq) gümüş medal qazanıb.

 

Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız komanda hesabında 99 xalla 4-cü yeri tutub.

Müəllif: Ayna.az