BAXCP sədri Prezidenti təbrik edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib. AYNA xəbər verir ki, bu barədə BAXCP-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.