Qubada qohumu 34 yaşlı kişiyə balta ilə xəsarət yetirib

Hadisə

10.11.2025 - 19:34

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb

Quba rayonunun Çartəpə kəndində qohumlar arasında yaranan münaqişə davaya çevrilib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Çartəpə kənd sakini 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova balta ilə xəsarətlər yetirilib.

K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Hadisənin torpaq sahəsinə görə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş