Qubada kişi keçmiş arvadını öldürüb, sonra intihar edib

Hadisə

19.04.2022 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb

Qubada qətl hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirilib. Daha sonra o damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Birgə nikahdan onların 3 övladı var. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş