Quba-Xınalıq yolu qardan təmizlənib

Xəbərlər

15.01.2026 - 12:03

Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb

Quba-Xınalıq yolu qardan təmizlənib. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, ötən günlərdə yolun 37-47-ci kilometrliklərində bəzi ərazilərdə 10 santimetrdən çox qar yağıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.

Sahə rəisi Bilal Sultanov bildirib ki, yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş