Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 santimetrdir
Noyabrın 16-sı səhər saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
AYNA-nın məlumatına görə, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın hündürlüyü Qubanın mərkəzində 1, Xınalıq və Qrız kəndlərində isə 5 santimetrdir.
Xızının Altıağac qəsəbəsində də 1 santimetr qar yağıb. Temperatur mənfi 10 dərəcəyə düşüb.