“Ermənistan sülh sazişi imzalandığı gün Minsk Qrupunun buraxılması ilə bağlı bəyanat imzalamağa hazırdır”
“Hazırda sülh müqaviləsi imzalamaq üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh sazişinin mətni artıq razılaşdırılıb, onun imzalanması qalır". AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib.
Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi sülh müqaviləsinin imzalandığı gün ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanatı imzalamağa hazır olduğunu bildirib.
Müqavilənin imzalanmasına mümkün maneələr barədə sualı cavablandıran Qriqoryan deyib: “Konstitusiyaya gəlincə, bu məsələdə Ermənistanın mövqeyini artıq bilirsiniz”.