Qriqoryan: “Ermənistanın KTMT-dən heç bir gözləntisi yoxdur”

Dünya

09.01.2024 - 12:37

cedabet dərman SEO Xidməti

Armen Qriqoryan KTMT-nin Ermənistana hərbi-texniki yardım təklif etməsi ilə bağlı iddiaları təkzib edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) heç bir gözləntisi yoxdur. AYNA xəbər verir ki, Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qriqoryan deyib ki, 2022-ci ilin sentyabrında İrəvan təşkilatdan yardım gözləyib, lakin yardım gəlməyib: “Sonradan erməni tərəfi başa düşdü ki, heç bir yardım və dəstək gözləməyə ehtiyac yoxdur”.

“Təşkilat Ermənistana missiya göndərməyə hazır olduğunu açıqlayanda erməni tərəfinin bir sualı var idi - KTMT müşahidəçiləri konkret olaraq harada yerləşdiriləcəkdi, Ermənistan sərhədi harada idi. Heç vaxt dəqiq cavab yox idi”, Qriqoryan vurğulayıb.

Qriqoryan qurumun Ermənistana hərbi-texniki yardım təklif etməsi ilə bağlı iddiaları da təkzib edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş