Qriqoryan Vyana və Bratislavada işgüzar görüşlər keçirəcək
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 7-dən 10-dək Avstriya və Slovakiyada səfərdə olacaq.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Qriqoryan Vyana və Bratislavada işgüzar görüşlər keçirəcək.
Qeyd edək ki, o bundan əvvəl Fransaya səfər edib.