Qrenlandiyalıların 85 faizi Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inandıqları üçün amerikalı olmaq istəmirlər
Qrenlandiyalıların böyük əksəriyyəti ABŞ vətəndaşı olmaq istəmir. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti “Verian” tərəfindən aparılan sorğuya istinadən məlumat yayıb.
Sorğuya görə, qrenlandiyalıların 85 faizi Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inandıqları üçün amerikalı olmaq istəmirlər. Xüsusilə, qrenlandiyalılar ABŞ-dakı cinayətkarlıq və bahalı səhiyyə xidmətlərindən narahatdırlar.
FT məqaləsinin müəllifləri həmçinin ABŞ-ın 57.000 Qrenlandiya sakininə könüllü olaraq ABŞ-ın bir hissəsi olmaq üçün müraciət etdikləri təqdirdə Amerika pasportu və hər birinə 1 milyon dollar təklif edə biləcəyini irəli sürüblər. Bundan əlavə, nəşr milyarder İlon Maskın hər bir Qrenlandiya sakininə bir “Tesla” verə biləcəyinə inanır.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. 2025-ci ilin may ayında “NBC News”a verdiyi müsahibədə o məsələnin güc tətbiq etməklə həll edilməsinin mümkünlüyünü istisna etməyib.