Son sutkada İranda daha 2 min 133 nəfər virusa yoluxub
Son sutkada İranda daha 2 min 133 nəfər koronavirusa yoluxub, 147 nəfər ölüb. AYNA-nın məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyi xəbər verib.
Bununla da ümumilikdə qonşu ölkədə COVID-19-a yoluxanların sayı 343 min 203 nəfərə, ölənlərin sayı isə 19 639-a çatıb.
İndiyədək müalicə alan 297 min 486 nəfər sağalıb. Hazırda 3 min 881 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.