Qobuda saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO

Xəbərlər

21.08.2024 - 20:48

cedabet dərman SEO Xidməti

Sergey Koçetkov narkotikləri İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat həyata keçirilib.

DİN-nin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, bölməyə 1980-ci il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş