Hadisə nəticəsində xəsarət alan olmayıb
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasında yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, yanğın qısa zamanda söndürülüb.
Üç poqonometr sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb. Xəsarət alan olmayıb.