QMİ: Həcclə bağlı kvotanın yarıdan çoxu artıq dolub

Xəbərlər

17.02.2025 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

“Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək”

“Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək”. AYNA APA-ya istinadən bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

Bildirib ki, kvotanın dəqiq sayı dəqiq təyin edilməyib: “Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub. Ona görə vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.

Onun sözlərinə görə, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib.

“Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir”, – o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş