Qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Xəbərlər

29.04.2024 - 10:58

Goranboyda evdən dəyəri 1 200 manat olan qızıl-zinət əşyaları oğurlanıb

Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1 200 manat olan qızıl-zinət əşyaları oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G.Bağırova saxlanılıb.

Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az