“Qiymətlər qalxanda pensiyaçıları düşünməliyik”

Cəmiyyət

02.07.2021 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

 Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında qiymət artımı barədə danışıb

 

“Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti qalxıb. Qiymətlər qalxanda biz bunun real səbəbini demirik. Çalışırıq ki, bunu əsaslandıraq ki, bu, elə camaatın xeyrinədir”.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında deyib. 

 

“Bunun adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir, edilsin, qiymət qalxır. Xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkirlər. Buna görə də bizim Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir.

 

Mən Razi Nurullayevin fikrini dəstəkləyirəm ki, bu tipli məsələlər mütləq komitədə müzakirə olunmalıdır və monopolist dövlət təşkilatları deyil, qiymətlərin qaldırılmasını parlament müəyyənləşdirilməlidir”-, deyə deputat vurğulayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş