Qırx sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Xəbərlər

05.07.2021 - 21:16

Həkimlər Klinikalar SEO Xidməti

Təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb

 

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyulun 2-də qida məhsulları sahəsində fəaliyyət göstərən 40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

 

Qida Təhlükəsizliyi Agentliyindən AYNA-ya verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

 

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş