"Qırmızı Körpü"də qaçaqmalçılığın qarşısı alınıb

Xəbərlər

28.12.2019 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı araşdırma aparılır

 

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "QAZ-3110" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

 

AYN-ya DGK-nın Mətbuat xidmətindən verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən 330 qutu üzərində "Petards" yazılan pirotexniki vasitə, torpedonun içərisində isə 2200 ədəd "King" markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş