Türkiyə DİN İnterpol və Avropol ilə koordinasiyalı şəkildə əməliyyatlar aparıb
"Qırmızı bildirişlər" altında beynəlxalq axtarışda olan qırx cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə ekstradisiya edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, DİN-in İnterpol və Avropol ilə koordinasiyalı şəkildə apardığı əməliyyatlar çərçivəsində şübhəlilər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılaraq Türkiyəyə gətirilib.
Məlumata görə, onların arasında qəsdən adam öldürmə, cinayətkar təşkilatda iştirak, narkotik qaçaqmalçılığı, uşaqların cinsi istismarı, soyğunçuluq, məcburi fahişəlik, rəsmi sənədlərin saxtakarlığı və informasiya sistemləri ilə bağlı fırıldaqçılıqda ittiham olunanlar var .