Son 24 saatda COVID-19-dan 1 xəstə vəfat edib
Son sutkada Qırğızıstanda koronavirusuna 134 nəfər yoluxub və pandemiya dövründə bu rəqəm 43 min 23 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, son 24 saatda COVID-19-dan 1 xəstə vəfat edib və ölənlərin sayı yeni statistika ilə 1060 nəfər olub. Həmçinin son gündə virusa 6, ümumiyyətlə isə 3 min 92 tibb işçisi yoluxub.
Bildirilib ki, son gündə Moskvadan Bişkekə 236, Sankt-Peterburqdan 166, Moskvadan Oş şəhərinə 174, Novosibirskdən isə 152 Qırğızıstan vətəndaşı gətirilib.