Qidadan zəhərlənən iki azyaşlıdan biri ölüb

Hadisə

06.04.2022 - 15:56

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər

Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətiriliblər.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri - 2019-cu il təvəllüdlü X.F. 13:08-də vəfat edib. Digəri, 2013-cü il təvəllüdlü M.F. reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş