Qəzzada qurbanların sayı 26 mini ötüb

Dünya

26.01.2024 - 17:22

cedabet dərman SEO Xidməti

Son 24 saat ərzində 183 nəfər Qəzzada hərbi əməliyyatların qurbanı olub, 377 nəfər yaralanıb

2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 083 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, ​​64 min 487 nəfər yaralanıb.

Nazirlik qeyd edib ki, son 24 saat ərzində 183 nəfər Qəzzada hərbi əməliyyatların qurbanı olub, 377 nəfər yaralanıb.

Səhiyyə Nazirliyi iddia edir ki, İsrail silahlı qüvvələrinin bombardmanları səbəbindən yerli mülki müdafiə nümayəndələri onlara çata bilmədiyi üçün çoxlu sayda ölənlərin cəsədləri dağılmış binaların dağıntıları altında və anklavın küçələrində qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş