Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır

Dünya

10.08.2024 - 21:30

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Münaqişələr zamanı 92 002 nəfər isə yaralanıb"

Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır. AYNA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı 39 790 nəfərdir.

“Münaqişələr zamanı 92 002 nəfər isə yaralanıb”, - məlumatda vurğulanıb.

Həmçinin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində İsrail qüvvələrinin atəşi və hava hücumları nəticəsində 40 nəfər fələstinlinin öldüyü, 140-nın isə yaralandığı əlavə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş