Qəzzada əsirlərin mübadiləsinə başlanılıb

Dünya

13.10.2025 - 11:09

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır

Səhər saat 8-dən başlayaraq, Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.

“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.

İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş