Xəstəliyin geniş yayılmasına səbəb məcburi daxili miqrasiyanın genişlənməsidir
Qəzza sektorunda 71 min 338 nəfər viruslu hepatit xəstəliyinə yoluxub. AYNA-nın “Al-Jazeera”ya istinadən xəbərinə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəliyin geniş yayılmasına səbəb hərbi əməliyyatların səbəb olduğu ağır şərtlər çərçivəsində məcburi daxili miqrasiyanın genişlənməsidir.
Qeyd edək ki, vəziyyəti daha da gərginləşdirən əsas amil TSAXAL ordusunun bölgəyə dərman preparatlarının təchizatına imkan verməməsidir.