Qəzaya uğrayan təyyarədə xəsarət alan 25 nəfər xəstəxanalara yerləşdirilib

Hadisə

25.12.2024 - 12:10

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan FHN qəza yerində yanğının söndürüldüyünü açıqlayıb

Təyyarə qəzasında xəsarət alan 25 nəfər Aktau regional xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. AYNA Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan müntəzəm reys qəzaya uğrayıb. Təyyarə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsusdur.

İlkin məlumatlara görə, təyyarədə 72 nəfər olub. Təyyarə Bakıdan Qroznıya uçurmuş.

Medianın ilkin məlumatına görə, buna səbəb gəmi ilə quş sürüsü arasında toqquşma olub. Ölkənin Səhiyyə Nazirliyi 25 nəfərin sağ qaldığını bildirib.

Bu arada, FHN qəza yerində yanğının söndürüldüyünü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş