Türkiyənin "AKINCI" PUA-sı hadisə yerində axtarış aparır
Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb. Bu barədə AYNA.AZ APA-ya istinadən xəbər verir.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.
Türkiyənin "AKINCI" PUA-sının hadisə yerində axtarış apardığı vurğulanıb.