Qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi İkinci Fəxri Xiyabanda dəfn olunacaq

Xəbərlər

27.12.2024 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

AYNA APA-ya istinadən xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş