“Qədiroğlu”da yararsız məhsullar aşkarlanıb

Xəbərlər

30.04.2025 - 10:53

Həkimlər Klinikalar SEO Xidməti

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkar edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş