Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

30.01.2024 - 20:57

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş