Qəbələdə narkotik yetişdirən şəxs həbs edilib

Xəbərlər

29.07.2024 - 13:12

cedabet dərman SEO Xidməti

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş