Qazaxıstanda “Telegram”ın ofisi açılacaq

Dünya

14.10.2024 - 13:24

Həkimlər Klinikalar SEO Xidməti

““Telegram”, “WhatsApp” və “TikTok” kimi internet platformalarının Qazaxıstanda nümayəndəsinin olması tələb olunur

Qazaxıstanda “Telegram” messencerinin ofisi açılacaq. AYNA xəbər verir ki, bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev bildirib.

Nazir ABŞ Ticarət Palatasının və Amerikanın iri şirkətlərinin nümayəndələri ilə görüşdə söyləyib ki, nazirlik qeyri-qanuni məzmunun operativ şəkildə silinməsi və dağıdıcı kanalların bloklanması üçün “Telegram” ilə fəal əməkdaşlıq edir.

“Bizim qanunvericiliyə uyğun olaraq, “Telegram”, “WhatsApp” və “TikTok” kimi internet platformalarının Qazaxıstanda nümayəndəsinin olması tələb olunur. Artıq “Telegram” ilə onların nümayəndəsinin təyin edilməsi və ofisin açılması ilə bağlı razılıq əldə olunub”, - nazir bildirib.

Madiyev qeyd edib ki, messencerlə razılaşmanı məzmun üzərində nəzarəti artırmaq üçün vacib addım adlandırıb.

Daha əvvəl “Telegram”ın yaradıcısı Pavel Durov bildirmişdi ki, messencer bir neçə ildir ki, cinayətkarların telefonlarını və İP ünvanlarını açıqlayır. O, izah edib ki, messencerin administrasiyası bu məlumatları əsaslandırılmış hüquqi sorğu aldığı halda təqdim edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş