Bersuat çayının daşması səbəbindən Jelkuar keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb
Qazaxıstan Bersuat çayının daşması səbəbindən Rusiya ilə sərhəddəki Jelkuar keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Rosgranstroy" Federal Dövlət Büdcə Qurumunun “Telegram” kanalında bildirilib.
"Qazaxıstan tərəfində Bersuat çayının daşması səbəbindən insanların, nəqliyyat vasitələrinin və yüklərin qonşu Jelkuar avtomobil keçid məntəqəsindən (Rusiya tərəfində Marinski) keçməsi 27 mart 2026-cı il tarixindən etibarən müvəqqəti olaraq dayandırılıb", - məlumatda vurğulanıb.
Həmçinin qeyd olunub ki, Çelyabinsk vilayətinin Rusiya tərəfində yerləşən Marinski avtomobil keçid məntəqəsindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna görə də agentlik Rusiya-Qazaxıstan sərhədindən keçidlərin planlaşdırılması zamanı bu məlumatı nəzərə almağı tövsiyə edib.