Qazaxıstan Qəzzanı idarə edəcək Sülh Şurasına qoşulmağa razılıq verib

Dünya

19.01.2026 - 17:03

Tokayev yeni təşkilata qoşulmaq üçün razılığını təsdiqləyən məktub göndərib

ABŞ prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Qasım-Comart Tokayevi Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmağa və Qazaxıstanın təsisçi üzvlərdən biri olmağa dəvət edib. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay deyib.

Qeyd edib ki, Tokayevin razılığını bildirən qarşılıqlı məktub göndərilib.

"Prezident Tokayev Sülh Şurasına qoşulmaq və Qazaxıstanın təsisçi üzvlərdən biri olmaq üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri olub. Prezident Tokayev ABŞ Prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmaq üçün razılığını təsdiqləyən məktub göndərib. O Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə mənalı töhfə vermək öhdəliyini bir daha təsdiqləyib", - deyə Jeldibay vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş