Qazaxıstan Prezidentinin keçmiş müşaviri öldürülüb

Dünya

30.10.2025 - 14:41

Babakumarovun Astanada baş verən davada öldürüldüyü bildirilir

Qazaxıstan Prezidentinin keçmiş müşaviri Yerjan Babakumarovun Astanada öldürüldüyü bildirilir. AYNA.AZ xəbər verir ki, bu barədə “Tengrinews.kz” polisə istinadən məlumat yayıb.

Bildirilib ki, Babakumarovun tanışı ilə şifahi mübahisəsi baş verib. Daha sonra bu, davaya çevrilib.

"Qətllə bağlı cinayət işi açılıb. 56 yaşlı kişi aldığı xəsarətlər nəticəsində ölüb. Şübhəli saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda məhkəməyəqədər araşdırma aparılır", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları nəşrə təsdiqləyiblər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş