“KazTransOil” Almaniyaya neftin ikinci partiyasını tədarük etməyi planlaşdırır
Mart ayında Qazaxıstan şirkəti “KazTransOil” Almaniyaya 20 min ton həcmində ikinci neft partiyasının tədarükünü planlaşdırır. AYNA qazax mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.
““KazTransOil” 2023-cü ilin birinci rübündə ölkəyə 300 min ton yanacaq tədarük etməyi planlaşdırır. Lakin faktiki həcmlər nəzərdə tutulandan fərqli ola bilər. Bu, neft şirkətlərinin müraciətlərindən asılıdır”, - açıqlamada qeyd olunub.
Bildirilir ki, operator eyni həcmdə yanacağın ilk partiyasını fevral ayında təhvil verib.
Qeyd edək ki, Qazaxıstan neftinin Almaniyaya çatdırılmasını Rusiyanın “Transneft” şirkəti həyata keçirir. Müvafiq icazəni Qazaxıstana yanvar ayında Rusiya Energetika Nazirliyi verib.